Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

01 OKTYABR / 2022 / 23:02

Bakı Limanının əməkdaşları “Xəzəri qoruyaq” adlı Beynəlxalq layihədə iştirak ediblər

Bakı Limanı bu il “Xəzəri qoruyaq” adlı  Beynəlxalq Sahil Təmizləmə kampaniyasının tərəfdaşı olub. Beynəlxalq kampaniya bu il Bakı Limanının, “Coca-Cola”, “PAŞA Bank”, “Bakcell”, “Carlsberg” və s. şirkətlərin tərəfdaşlığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə təşkil olunub.

Layihənin məqsədi ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma prinsiplərinin təbliğidir.  Layihədə Bakı Limanın əməkdaşları da iştirak edərək Xəzəryanı sahil ərazilərini təmizləyiblər.