Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Tariflər

Bakı Limanı Xəzər dənizinin Bakı akvatoriyasında gəmilərə və yükdaşıyıcılara yükaşırma, yüksaxlama, gəmi və digər xidmətlərin göstərilməsi ilə bağlı tarifləri həm müştərilərin həm də Cəmiyyətin rentabelliyini qorumaqla, həmçinin beynəlxalq rəqabət mühitini nəzərə almaqla müəyyən edir.

Bakı limanında iki istiqamət yükaşırma və gəmi xidmətləri üzrə baza tariflər tətbiq edilir və hesablanma metodologiyası aşağıdakı şərtlər nəzərə alınmaqla həyata keçirilir:

Yükaşırma və yüksaxlama üzrə:

  • Daşınma forması (konteyner, quru yük-səpkili və ədəd, təkərli texnika, vaqon və maye yüklər);
  • Ticari dövriyyə (idxal, ixrac və tranzit);
  • Əməliyyatın xarakteri (birbaşa və ya tam əməliyyat).

Liman yığımları (gəmi) üzrə:

  • Gəminin həcmi (CBM);
  • Gəminin məxsus olduğu ölkə;
  • Gəmilərin növü.

Baza tarifləri xərclər, habelə digər limanlardakı tariflər və beynəlxalq təcrübə nəzərə alınmaqla beynəlxalq konsaltinq şirkətlərinin cəlb edilməsi ilə tariflərin dəyərinin hesablanması yolu ilə müəyyən edilir. Bunun ardınca marşrut boyu yerləşən limanlarda tariflər, yüklərin bazar şərtləri, rəqabət qabiliyyətini qorumaq üçün dəhliz siyasəti və s-faktorları əsasında bazar şəraitinə uyğun tariflər də tətbiq edilir. Tətbiq olunan tariflərə prinsipcə hər 5 ildən bir yenidən baxılır. İri layihələr üçün konkret tariflərin tətbiqi və şirkətlərə daxil olan müraciətlər barədə də qərarlar qəbul edilir.

Ətraflı məlumat üçün:

Satış və Marketinq Departamenti      

Tel: (+994 12) 599 00 03 (1602)

E-poçt: sales@portofbaku.com