Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Covid–19

Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq görülmüş profilaktik tədbirlər nəticəsində (karantin zonasının yaradılması və nəzarətin gücləndirilməsi, PCR testlərinin götürülməsi) Bakı Limanı pandemiya dövründə daima fasiləsiz olaraq fəaliyyət göstərmişdir.

Bakı Limanında peşəkar tibb heyəti tərəfindən COVID-19 pandemiyası ilə bağlı analizlərin götürülməsi operativ şəkildə təşkil edilir. Analoji təcrübə ən çox xarici sürücülərin daxil olduğu “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də tətbiq edilmişdir.

Ölkəyə gələn irihəcmli yük maşınlarının sürücülərindən ilkin olaraq müvəqqəti saxlanma-karantin zonasında test götürülür. COVID-19 virusu tapılmayan sürücülər bundan sonra təmiz zonaya daxil olur. Hər iki zonada sürücülərin bir-biri və ətraf mühitlə əlaqələri minimuma endirilir. Mövcud vəziyyət nəzərə alınaraq onların rahatlığı üçün zonada əlavə qida və sanitariya məntəqələri də yaradılmışdır.

Bütün bu görülən tədbirlər nəticəsində limanda yükdaşıma və yükaşırma əməliyyatlarında əhəmiyyətli ləngimələrin qarşısı alınmış və liman istifadəçilərinin, eyni zamanda əməkdaşların təhlükəsizliyi təmin edilmişdir.