Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Ətraf mühit və dayanıqlılıq siyasəti

Bakı Limanındakı əsas yük terminalının yaxınlığında Xəzər dənizinin çəhrayı flaminqoları.

Bu siyasət Bakı Limanının bütün tərəfdaşlarının maraqlarına xidmət göstərir, həmçinin ətraf mühitin mühafizəsi fəaliyyətimizin müvəffəqiyyətlə həyata keçirilməsi və dayanıqlı şəkildə inkişaf etdirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. 

Cəmiyyət fəaliyyəti zamanı ətraf mühitin mühafizəsini təmin edərək, bu istiqamətdə aparılan işləri daim təkmilləşdirir və bununla da birgə əməkdaşlıq etdiyi tərəfdaşlarının rifahını qoruyur. 

Cəmiyyətin ətraf mühit və dayanıqlılıq konsepsiyası:

Konsepsiyanın məqsədi enerji ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması, biomüxtəlifliyin və ekosistemlərin qorunması kimi məsələləri əhatə edən və iqlim dəyişikliyinin təsirlərinə qarşı müdafiəni təmin edən dayanıqlı Yaşıl Limanın yaradılmasıdır. 

Ətraf mühitin fəal və dayanıqlı şəkildə idarə edilməsinə nail olmaq üçün Cəmiyyət öz üzərinə aşağıdakı öhdəlikləri götürmüşdür:

  • Cəmiyyətin korporativ əməliyyatları ilə bağlı ekoloji aspektlərinin, o cümlədən onun biznes tərəfdaşları və podratçılarının ətraf mühitə təsir göstərə biləcək fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin idarə edilməsində qabaqcıl təcrübələrin tətbiqi;
  • Öhdəliklərin aydın şəkildə izah olunduğu ekoloji dayanıqlılıq mədəniyyətinə malik olmaq;
  • Dayanıqlılığı təmin etmək və davamlı inkişaf istiqamətində irəliləyişləri nəzarətdə saxlamaq üçün ətraf mühit və dayanıqlılıq siyasətinin, müvafiq məqsəd və hədəflərin müəyyən olunması və mütəmadi nəzərdən keçirilməsi;
  • Müvafiq qanunvericiliyin və Cəmiyyətin üzərinə götürdüyü bütün digər öhdəliklərin tələblərini yerinə yetirmək məqsədilə Cəmiyyətin Ekoloji İdarəetmə Sisteminin həyata keçirilməsi, dəstəklənməsi və davamlı şəkildə təkmilləşdirilməsi;
  • Ətraf mühit, sağlamlıq, təhlükəsizlik və keyfiyyət kimi qarşılıqlı əlaqəli məsələlərin effektiv şəkildə idarə olunmasının həyata keçirilməsi;
  • Resurslardan mümkün qədər səmərəli istifadə edilməsi, istehlak səviyyəsinin və tullantıların azaldılmasına səy göstərilməsi, çirklənmənin qarşısının alınması, enerjiyə qənaət edilməsi, materialların təkrar istifadəsinin təşviqi, istixana effektini yaradan qazların emissiyasının azaldılması;
  • Məsləhətləşmə, əməkdaşlıq, aydın müqavilə tələbləri və öhdəlikləri vasitəsilə davamlı ekoloji göstəricilərə nail olmaq üçün müştərilər, təchizatçılar, biznes tərəfdaşları, dövlət qurumları və digər maraqlı tərəflərlə əməkdaşlığın aparılması;
  • Ekoloji və sosial-iqtisadi aspektlərin təsirlərinin azaldılması məqsədilə zəruri avadanlıqların, qurğuların və nəqliyyat vasitələrinin alınması prosesində ekoloji cəhətdən səmərəli texnologiyaların seçilməsi və elektrik enerjisindən mümkün hallarda istifadə edilməsinə üstünlük verilməsi;
  • Ekoloji təsirlərin qarşısının alınması məqsədilə infrastruktura investisiyaların qoyulması;
  • Dayanıqlılıq üzrə məlumatlılığın gücləndirilməsi və işçilər arasında gündəlik fəaliyyətlərində ətraf mühitin mühafizəsinə hörmətlə yanaşmanın təşviq edilməsi məqsədilə ekoloji təlimlərin keçirilməsi; 
  • Müxtəlif növ bərpa olunan enerji mənbələrindən istifadəyə fəal şəkildə cəhd göstərilməsi;
  • Ekoloji hadisələrin qarşısının alınması və baş verə biləcək hər hansı hadisənin təsirini azaltmaq üçün yüksək səviyyəli hazırlıq işlərinin aparılması;
  • Üzərimizə düşən öhdəliklərin çərçivəsindən kənara çıxan təşəbbüslərin fəal şəkildə dəstəklənməsi;
  • Təhsil sahəsində məlumatlandırma-təbliğat tədbirləri və əməkdaşlıq vasitəsilə şəffaf və əlçatan şəkildə maraqlı tərəflərlə, xüsusilə ictimaiyyətlə əlaqələrin qorunub saxlanılması;
  • Avropa Dəniz Limanları Təşkilatı və digər müvafiq qurumlar kimi təmsilçi təşkilatların ekoloji siyasətlərinin və rəhbər prinsiplərinin nəzərdən keçirilməsi və tətbiq edilməsi;
  • Limanın ekoloji fəaliyyətinin tərəqqisini və bu sahədə həyata keçirilən işləri əks etdirən ətraf mühitin mühafizəsi üzrə illik hesabatın hazırlanması və Cəmiyyətin internet səhifəsində yerləşdirilməsi.