Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Sosial məsuliyyət

Bakı Limanı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Ələt qəsəbəsinin balaca sakinləri ilə qeyd edib

Bakı Limanı tərəfindən “Korporativ sosial məsuliyyət proqramı” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dəniz Mall ticarət mərkəzində tədbir keçirilib. Ələt qəsəbəsinin 70 yaxın 1-4 sinif məktəblisinin qatıldığı tədbir şən klounların iştirakı ilə baş tutub. Daha sonra balaca məktəblilər Hörümçək adam filminə baxıblar. Tədbirin keçirilməsi üçün bizə göstərdikləri dəstəyə görə “Cinema Plus”, “Papa Johns” və “Dəniz Mall” ticarət mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Daha ətraflı

15 sentyabr Bilik Günü ərəfəsində məktəbli uşaqlar Bakı Limanının qonağı olub

Ənənəvi olaraq hər il Bilik Günü ərəfəsində Bakı Limanının da yerləşdiyi Ələt qəsəbəsində yaşayan və məktəbə yeni başlayan uşaqlarla Bakı Limanında görüş keçirilib. Bu il də, Bilik Günü ərəfəsində əziz birincilər Bakı Limanında qonaq olaraq maraqlı bir gün keçirib və Bilik Günü münasibəti ilə təbrik olunub. Kitabların təmin olunmasında dəstəyinə görə 3 Alma şirkətinə təşəkkür edirik.
Daha ətraflı

Bakı Limanı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Qaradağ rayonunda yaşayan, o cümlədən şəhid və qazi ailələrinin uşaqları ilə qeyd edib

Bakı Limanı tərəfindən “Korporativ sosial məsuliyyət proqramı” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə CinemaPlus, Papa Johns Pizza Azerbaijan , TEAS Press Nəşriyyat Evi şirkəti və Dəniz Mall ticarət mərkəzinin təfdaşlığı ilə “Uşaqların CinemaPlus-a səyahəti və animasiya günü” adlı tədbir təşkil edib. Uşaqlara həsr olunan bu tədbir zamanı onlar “Dəniz Mall”da, animatorların iştirakı ilə əyləcnəli yarışlarda iştirak edib, animasiya filminə baxıb, müxtəlif maraqlı mədəni və intellektual fəaliyyətlərdə iştirak ediblər. Bakı Limanı olaraq “CinemaPlus”, “Papa Johns”, “Teas Press” şirkətlərinə və “Dəniz Mall” ticarət mərkəzinə bu tədbirin təşkil olunmasındakı dəstəyinə görə təşəkkür edirik. Bakı Limanı korporativ sosial layihələrin də həyata keçirilməsində biznes tərəfdaşlığına önəm verir.
Daha ətraflı

Bakı Limanı və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə Ələt qəsəbəsində məktəblilər arasında əyləncəli badminton tədbiri təşkil olunub

Ələt qəsəbəsində yerləşən S.Məmmədov adına 110 nömrəli tam orta məktəbdə Bakı Limanı ABF ilə birlikdə “Shuttle Time Azerbaijan 2022” badminton tədbiri keçirib. Tədbirin məqsədi məktəbdə təhsil alan məktəblilərin asudə vaxtının səmərəli təşkil olunmasına dəstək olmaq və onlara idmanın badminton növünə həvəsini daha da artırmaq üçün maraqlı oyunlar təşkil etmək idi. Tədbir çərçivəsində peşəkar badminton təlimçiləri, bu idmanın əsas anlayışlarını və oyun texnikalarını məktəblilərə çatdırmış və məktəbdə fiziki hazırlıq fənnini tədris edən müəllimlərə badminton idman növünün də gənclər arasında təbliğ olunmasının əhəmiyyətini barədə məlumatlar vermişdir. ABF tərəfindən məktəbə badminton ilə əlaqəli idman ləvazimatları verilmiş və gələcəkdə daha da yaxından əməkdaşlıq etmək üçün ilkin addımlar atılmışdır. Həmçinin məktəblilərə də Bakı Limanı tərəfindən maraqlı kitablar hədiyyə olunub.
Daha ətraflı

Bakı Dəniz Vağzalında (Liman İncəsənət Mərkəzi) “3D Art” Gənc həvəskar rəssamların İncəsənət Sərgisi təşkil olunub

Bakı Dəniz Vağzalında (Liman İncəsənət Mərkəzi) “3D Art” Gənc həvəskar rəssamların İncəsənət Sərgisi təşkil olunub
Daha ətraflı

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Bakı Limanının Liman İncəsənət Mərkəzi tərəfindən “Bilinməyən Qəhrəmanlar” adlı foto sərgi təşkil olunub.

Sərginin açılış mərasiminin 7 mart 2023 tarixində Bakı Dəniz Vağzalında (Liman İncəsənət Mərkəzi, Neftçilər pr.62) keçirilib. Sərgi Bakı Limanı tərəfindən Dövlət Dəniz və Liman Agentliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Dəmir Yolları’’ QSC və TEAS PRESS nəşriyyat evi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur. Sərginin keçirilməsində əsas məqsəd, dəniz və nəqliyyat sahələrində çalışan limançı, dəmiryolçu və dənizçi peşəsini seçən xanımların uğur hekayələrini foto təsvirlər vasitəsi ilə nümayiş etdirməkdir. Həmçinin, Azərbaycanda tarixən nəqliyyat və logistika sahəsinin inkişafında xanımların da mühüm rolunun olmasını təbliğ etməkdir. Sərgidə Azərbaycanın müxtəlif dövlət qurumlarının rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirləri və diplomatik nümayəndəliklərin təmsilçiləri, limançı, dəmiryolçu və nəqliyyat sahəsində çalışan peşəkarlar, tanınmış şəxslər, media nümayəndələri və s. iştirak etdilər.
Daha ətraflı

Bakı Dəniz Vağzalında (Liman İncəsənət Mərkəzi) “Şuşa Yadigarları” adlı incəsənət sərginin açılışı oldu

“Şuşa ili” münasibətilə Bakı Limanın dəstəyi ilə Liman İncəsənət Mərkəzi və “Mincə Sənət” Qalereyası tərəfindən təşkil Bakı Dəniz Vağzalında “Şuşa Yadigarları” adlı incəsənət sərginin açılışı keçirilib.
Daha ətraflı

Bakı Limanı Ələtdə yaşayan uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil edib

Bayram şənliyi Liman İncəsənət Mərkəzi ilə birgə olaraq Bakı Dəniz Vağzalında keçirilib. Tədbirdə Ələt qəsəbəsində yerləşən orta ümumtəhsil məktəblərində təhsil alan uşaqlar iştirak edib və müxtəlif əyləncəli fəaliyyətlərdə olublar. Uşaqlar hər iki bayramın gəlişini limanın əməkdaşları ilə birgə əylənərək qeyd ediblər.
Daha ətraflı

Payız tətilində Ələt məktəbliləri üçün "Pizza master class" təlimi təşkil edilib

Bakı Limanı tərəfindən Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində Ələt qəsəbəsindəki məktəblərdə təhsil alan azyaşlı məktəblilər üçün “Pizza master class” təlimi təşkil edilib. Pizza Brunonun da dəstək olduğu təlim çərçivəsində uşaqlar həm əylənib, həm də pizza bişirməyi öyrənirlər.
Daha ətraflı

Ələt məktəbliləri PAŞA Bankda “Maliyyə məlumatlılığı” təlimində iştirak ediblər

Bakı Limanı və Paşa Bankın əməkdaşlığı çərçivəsində Ələt qəsəbəsində təhsil alan məktəblilər üçün “Maliyyə məlumatlılığı” təlim kursu təşkil olunub.
Daha ətraflı

Bakı Limanının əməkdaşları “Xəzəri qoruyaq” adlı Beynəlxalq layihədə iştirak ediblər

Bakı Limanı bu il “Xəzəri qoruyaq” adlı  Beynəlxalq Sahil Təmizləmə kampaniyasının tərəfdaşı olub. Beynəlxalq kampaniya bu il Bakı Limanının, “Coca-Cola”, “PAŞA Bank”, “Bakcell”, “Carlsberg” və s. şirkətlərin tərəfdaşlığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə təşkil olunub.
Daha ətraflı

8 Noyabr Zəfər Günü Bakı Limanında qeyd olunub.

8 Noyabr Zəfər Günü ərəfəsində Bakı Limanında şəhid ailələri və qazilərlə görüş keçirilib Bakı Limanının rəhbərliyi və kollektivi şəhid olan liman əməkdaşlarının ailələri  və limanda çalısan Vətən müharibəsi iştirakçıları ilə görüşüb. 
Daha ətraflı