Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

02 IYUN / 2023 / 09:34

Bakı Limanı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Ələt qəsəbəsinin balaca sakinləri ilə qeyd edib

Bakı Limanı tərəfindən “Korporativ sosial məsuliyyət proqramı” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dəniz Mall ticarət mərkəzində tədbir keçirilib. Ələt qəsəbəsinin 70 yaxın 1-4 sinif məktəblisinin qatıldığı tədbir şən klounların iştirakı ilə baş tutub. Daha sonra balaca məktəblilər Hörümçək adam filminə baxıblar.
 
Tədbirin keçirilməsi üçün bizə göstərdikləri dəstəyə görə “Cinema Plus”, “Papa Johns” və “Dəniz Mall” ticarət mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.