Cəmiyyətin rəhbərliyi
Ziyadov Taleh Məhəmməd oğlu
Baş Direktor
1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2002-ci ildə ABŞ-ın Beliot Kollecində Biznesin təşkili və idarə olunması üzrə bakalavr dərəcəsi alıb.
2005-ci ildə ABŞ-ın Corctaun Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb.
2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2006-2007-ci illərdə ABŞ-ın Vaşinqton şəhərində yerləşən Azərbaycan Ticarət Palatasında icraçı direktorun müavini vəzifəsində çalışıb.
2007-2012-ci illərdə “ADA” Universitetində müxtəlif vəzifələrdə çalışıb.
“Azərbaycan Mərkəzi Avrasiyada regional mərkəz kimi” kitabının, bir çox elmi məqalələrin müəllifi və “Beyond Resource Curse” kitabının redaktorlarından biridir.
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru vəzifəsinə təyin edilib.
Evlidir, üç övladı var.
İsmayılov Söhrab Məmməd oğlu
Baş Direktorun Müavini
Söhrab İsmayılovun bank sektorunda Maliyyə Riskləri, Risklərin İdarə Edilməsi, Analitik Bacarıqlar, Bank işi və İdarəetmə Maliyyəsi sahələrində iş təcrübəsi var. Söhrab İsmayılov həmçinin müxtəlif aparıcı şirkətlərdə biznesin inkişafı sahəsində güclü təcrübəyə malikdir O, 2021-ci ilin mart ayından Bakı Limanının Baş Direktorunun müavini vəzifəsinə təyin edilib. Təyinatdan əvvəl Bakı Limanında, 2016-cı ilin iyun ayından 2017-ci ilin oktyabrınadək Daxili audit departamenti müdiri, Noyabr 2017 - Mart 2021 illərdə isə Audit üzrə Baş icraçı direktor vəzifəsində çalışmışdır. Söhrab İsmayılov Bakı Limanına işə başlamazdan əvvəl 2009-cu ilin may ayından 2014-cü ilin may ayına qədər Azərbaycan Respublikası Mərkəzi Bankında Daxili Audit Departamentində şöbə müdiri, 2014-cü ilin may ayından 2016-cı ilin iyun ayınadək Daxili Audit Departamentinin direktor müavini vəzifəsində çalışıb. Cənab İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə Magistr dərəcəsi, Londonda yerləşən City universitetində elm üzrə Magistr dərəcəsi və Harvard Biznes Məktəbindən Maliyyə üzrə aparıcı sertifikatına malikdir.