Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Liman haqqında

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC

 

Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Limanı Avropa və Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşutunun mühüm hissəsi olan Bakı Limanı 400 hektarlıq ərazini əhatə etməklə müasir əməliyyat sisteminin tətbiqi ilə bütün növ yüklər üçün operativ yükaşırma xidməti, açıq və qapalı anbar sahələri təklif edir. Paytaxt Bakıdan 70 km aralıda Azərbaycanın əsas dəmiryolu və avtomagistrallarının birləşdiyi ərazidə yerləşən Bakı Limanında Ro-ro, Bərə və Ümumi yük terminalından ibarət olmaqla 13 körpü mövcuddur.  2018-ci ildən etibarən Bakı Limanının inşasının 1-ci inkişaf mərhələsi başa çatdırılıb ki, hazırda limanın yükaşırma imkanı 15 milyon ton yük və 100 000 TEU ekvivalentində konteynerdir. Limanının 2-ci fazasının inşası üçün də layihə işlənilir ki, onun da icrası ilə Limanın illik yükaşırma gücü 25 milyon ton və 500 000 TEU konteynerə qədər artırıla bilər.

      

Bundan başqa Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınması təmin etmək üçün hazırda Liman ərazisində illik yükaşırma gücü 2,5 milyon ton gübrə terminalının tikintisi davam etdirilir. Bu tikinti prosesi çərçivəsində ərazidə ümumi tutumu 60 000 ton olan iki anbar, yeni dizayn edilmiş vaqon yükləmə stansiyası, müxtəlif növ gübrələri birbaşa anbarlara, açıq və ya qapalı tipli vaqonlara boşaltmaq üçün ən müasir konveyr sisteminin də qurulması nəzərdə tutulur. Gələcəkdə liman ərazisində buğda terminalının və TIR parkının da tikintisi üçün layihə hazırlanıb.

 

Bakı Limanı 2019-cu ildən etibarən Xəzəryanı ölkələr içində ilk dəfə olaraq Avropa Dəniz Limanları Təşkilatının “Eco Ports” (Yaşıl Liman) sertifikatına layiq görülüb və 2021-ci ildən resertifikasıyadan uğurlar keçirb. Eyni zamanda Bakı Limanı 2022-ci ildən etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Bununla Liman strateji fəaliyyət planları ilə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 11-ə töhfə verməyə çalışır.