Multimodal daşımalar
Dəmir yolu nəqliyyatı
Ümumi fəaliyyətinin 80%-ni əsasən Qazaxıstan və Türkmənistandan daxil olan tranzit yükləri təşkil edən Bakı Limanındakı bərə terminalı Avrasiya nəqliyyat şəbəkəsində əsas giriş platformasıdır. Mövcud ikimərtəbəli dəmir yolu bərələrinə xidmət etmək məqsədilə hər yanalma körpüsü üzrə təmin edilməli olan dörd bərə yolunda ümumi uzunluğu 364 metrə bərabər olan 26 vaqon yerləşdirilə bilər.
Bakı Limanının dörd əsas beynəlxalq dəmir yoluna çıxışı var: Bakıdan Rusiyanın cənubuna keçərək şimal-qərbə uzanan dəmir yolu; qərbə, Gürcüstandan Qara dəniz və Türkiyə sahillərinə (Bakı-Tbilisi-Qars dəmir yolu) uzanan dəmir yolu; cənub-qərbə, İrana və daha sonra isə Türkiyəyə uzanan dəmir yolu; və Azərbaycanın İranla sərhədində cənubdan Astaraya uzanan dəmir yolu.
Avtomobil nəqliyyatı
Əsas Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin strateji yolayrıcında yerləşən Bakı Limanı ölkənin əsas avtomobil şəbəkələrinə çıxışı təmin edir. TRACECA dəhlizinin Azərbaycan seqmentinin bir hissəsi olan Bakı-Ələt-Gəncə-Qazax-Gürcüstan Sərhədi (M2 magistralı), Şimal-Cənub Dəhlizinin Azərbaycan seqmentlərini təşkil edən Bakı-Quba-Rusiya Sərhədi (M1 magistralı) və Bakı-Astara-İran sərhədi (M3 magistralı) də daxil olmaqla Azərbaycanın bütün əsas yol xətləri Ələtdə kəsişir.