Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

İnsan resursları siyasətimiz

Bakı Limanının insan resursları siyasəti insan resursları potensialına olan tələbatın müəyyənləşdirilməsi, ehtiyat kadr bazasının formalaşdırılması, insan resurslarının müasir üsullardan istifadə edərək seçilməsi və yerləşdirilməsi, əmək məhsuldarlığının artırılması məqsədilə əmək fəaliyyətinin qiymətləndirilməsi və motivasiya tədbirlərinin görülməsi, insan resurslarının peşəkar inkişafının təmin edilməsi məqsədilə zəruri şəraitin yaradılması və insan resurslarının daha səmərəli idarə edilməsi, risk mədəniyyətinin və korporativ etik dəyərlərin formalaşdırılması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan digər əlaqədar kompleks tədbirləri əhatə edir. Yüksək potensiallı kadrların işə cəlb edilməsi ilə yanaşı, onların davamlı inkişafı Bakı Limanının insan resursları siyasətinin prioritet istiqamətlərindəndir.