Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Limanda iş həyatı

Bakı limanında biz həyəcanverici və transformativ bir səyahətdəyik!

Keçmişdən bu günə qədər Bakı Limanının hər bir əməkdaşı bizi böyümək, təkmilləşmək və davamlı inkişaf etmək kimi məqsədlərimizə çatmaq üçün ilhamlandırıb.

Komandamıza qoşulmaqla nə əldə edirsiniz?

- Yüksək rəqabətli iş mühiti;

- Beynəlxalq təcrübə;

- Müasir və perspektivə istiqamətlənmiş öyrənmə və inkişaf proqramları;

- Peşəkar kollektivlə işləmə imkanı;

- Digər təminatlar (nahar, nəqliyyat, mobil rabitə, işlə əlaqəli digər texniki vasitələr).

Bakı Limanında əməkdaşların davamlı inkişafı əsas prioritet hədəflərimizdən biridir. Öyrənmə və inkişafın məqsədi işçilərin məqsədlərini və fəaliyyətini təşkilatın məqsədləri ilə uyğunlaşdırmaqdır. Bu məqsədlə istər ölkədaxili, istər ölkəxarici olmaqla müxtəlif təlim və təcrübə proqramları həyata keçirilir.

Bizim öhdəliyimiz bunu mümkün edəcək insanlarla əl-ələ verib daha güclü, daha təhlükəsiz, etibarlı və daha davamlı gələcək qurmaqdır.