Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Terminallar

 

Ümumi yükqaldırma qabiliyyəti 15 milyon ton/il
Konteynerlərin yüklənməsi tutumu 100,000 TEU/il
Bərə terminalı 6,2 milyon ton/il
Ümumi təyinatlı yük 1,8 milyon ton/il
Ro-Ro emal qabiliyyəti 60 000 təkərli texnika/il
Sərnişin tutumu 150,000/il
Gəminin planlaşdırılmış tutumu 7 000 – 10,000 ton
Açıq anbar sahəsi 35000 kv.m
Qapalı anbar sahəsi 9400 kv.m
Gəminin planlaşdırılmış uzunluğu 150-160 m

 

BƏRƏ TERMİNALI

Yükaşırma qabiliyyəti

İldə 6.2 milyon ton

Bərə (qatar daşıyan bərə) terminalı və ona bitişik körpülərdən limana dəmir yolu ilə daxil olan vaqonlar birbaşa olaraq bərədə yerləşdirilirlər. Vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülən Ro-Ro yükü kimi təsnif olunurlar. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri yüklənilə bilər.

 

ÜMUMİ YÜKLƏR TERMİNALI

Yükaşırma qabiliyyəti

İldə 7 milyon ton

Terminalın infrastrukturuna biri möhkəm zəminə malik olmaqla ağır yükün yüklənib-boşaldılması üçün nəzərdə tutulan 7 ümumi yük körpüsü daxildir. Körpülərin 4-ü dəmir yolları və müxtəlif spesifikasiyalara malik 6 ədəd yeni portal kran və 2 ədəd modernizasiya olunmuş mobil kran ilə təchiz olunub. Burada müxtəlif nəqliyyat vasitələrindən (gəmi, vaqon, yük avtomobili) bir çox unifikasiya edilmiş konteynerdə daşınan yüklər (o cümlədən konteynerlərdə yerləşdirilənlər) və qalaq şəklində olan yüklər boşaldıla və yüklənilə bilər.