Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

04 NOYABR / 2022 / 22:43

Ələt məktəbliləri PAŞA Bankda “Maliyyə məlumatlılığı” təlimində iştirak ediblər

Bakı Limanı və Paşa Bankın əməkdaşlığı çərçivəsində Ələt qəsəbəsində təhsil alan məktəblilər üçün “Maliyyə məlumatlılığı” təlim kursu təşkil olunub. Təlim kursu çərçivəsində 20 nəfər məktəbli PAŞA Bankın Baş ofisinə səfər edib və bankın mütəxəssisləri tərəfindən korporativ mühit, maliyyə institutlarının fəaliyyəti, innovasiyaların rolu, məhsulların hazırlanması, işə qəbul prosesi kimi mövzulardan bəhs ediblər. Bank əmkdaşları gələcəkdə uğur qazanmaq üçün məktəblilərlə öz tövsiyələrini bölüşərkən, təhsilin rolunun önəmini vurğulayıb, onları daha çalışqan və intizamlı olmağa səsləyiblər, həmçinin məktəblilərin suallarını cavablandırıblar.

Təlimin əsas məqsədi uşaqların maliyyə məlumatlılığını artırmaq və onların gələcək karyera planlarına töhfə vermək olub. Bakı Limanı “Korporativ sosial məsuliyyət proqramı” çərçivəsində Qaradağ rayonunun Ələt qəsəbəsində təhsil alan şagirdlərin intellektual və mədəni inkişafına dəstək məqsədilə müxtəlif sosial layihələr və tədbirlər həyata keçirir. Bundan sonra da liman tərəfindən bu istiqamətdə müxtəlif layihələr davamlı olaraq həyata keçiriləcəkdir.

Bakı Limanı olaraq PAŞA Banka bu maraqlı layihənin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edirik.