Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

16 DEKABR / 2022 / 15:22

Bakı Limanı və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə Ələt qəsəbəsində məktəblilər arasında əyləncəli badminton tədbiri təşkil olunub

Ələt qəsəbəsində yerləşən S.Məmmədov adına 110 nömrəli tam orta məktəbdə Bakı Limanı ABF ilə birlikdə “Shuttle Time Azerbaijan 2022” badminton tədbiri keçirib. Tədbirin məqsədi məktəbdə təhsil alan məktəblilərin asudə vaxtının səmərəli təşkil olunmasına dəstək olmaq və onlara idmanın badminton növünə həvəsini daha da artırmaq üçün maraqlı oyunlar təşkil etmək idi.

Tədbir çərçivəsində peşəkar badminton təlimçiləri, bu idmanın əsas anlayışlarını və oyun texnikalarını məktəblilərə çatdırmış və məktəbdə fiziki hazırlıq fənnini tədris edən müəllimlərə badminton idman növünün də gənclər arasında təbliğ olunmasının əhəmiyyətini barədə məlumatlar vermişdir.

ABF tərəfindən məktəbə badminton ilə əlaqəli idman ləvazimatları verilmiş və gələcəkdə daha da yaxından əməkdaşlıq etmək üçün ilkin addımlar atılmışdır. Həmçinin məktəblilərə də Bakı Limanı tərəfindən maraqlı kitablar hədiyyə olunub.