Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

07 SENTYABR / 2023 / 17:44

Bakı Limanı daha bir beynəlxalq tədbirə ev sahibliyi edib

 

Bakı Limanının ərazisində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin də iştirakı ilə “Bakı 2023” beynəlxalq təlimi keçirilib. TDT ölkələrinin aidiyyəti qurumlarının ümumilikdə 8 helikopteri və 1 ədəd amfibiya təyyarəsi, 245 xüsusi təyinatlı texnikası, 6 baş xüsusi təlim görmüş iti və 1180 nəfərdən ibarət canlı qüvvəsinin cəlb edildiyi təlimdə, qarşıya qoyulan tapşırıqlar qüsursuz formada icra edilib.

Təlimdə Azərbaycan FHN-lə yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının canlı qüvvə və texnikası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Azərbaycan Dəmir Yollarının da qüvvələri iştirak edib.