Xəbərlər
20 SENTYABR / 2023 / 15:36
Çinin “Guangdong” Şirkətlər Qrupunun rəhbərliyi Bakı Limanına səfər edib
Bu gün Çinin “Guangdong” Şirkətlər Qrupunun rəhbəri cənab Fang Qichaonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Liman rəhbərliyi ilə keçirilən görüşdə “Bir kəmər-bir yol” təşəbbüsünə uyğun olaraq Orta Dəhliz çərçivəsində Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Səfərin əsas məqsədi Bakı Limanın da iştirakı ilə həyata keçirilməsi mümkün olan potensial ticarət imkanlarını araşdırmaq olub.
Qeyd edək ki, 1951-ci ildə yaradılan “Guangdong” Şirkətlər Qrupu logistika və müxtəlif materialların istehsalı sahəsi üzrə ixtisaslaşıb, 200-dən çox törəmə müəssəsi və 10 000 dən çox işçi qüvvəsinə malikdir.
Digər xəbərlər
Bütün xəbərlər24 FEVRAL / 2021 / 17:19
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə onlayn görüş keçirib.
23 DEKABR / 2022 / 22:18
Bakı Limanı Ələtdə yaşayan uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil edib