Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

22 DEKABR / 2021 / 15:29

Bakı Limanında məktəblilər üçün “Zəfər” adlı bilik yarışı keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Bakı Şəhəri üzrə Təhsil İdarəsilə birgə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən 105, 110, 127, 302, 303-saylı məktəblərdə təhsil alan şagirdlər üçün “Zəfər” adlı bilik yarışı təşkil edib. İntellektual oyunda hər birində 6 nəfərdən ibarət olmaqla, 5 komanda iştirak edib. Şagirdlər Vətən müharibəsi, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ümumi biliklər, eləcə də Bakı Limanının fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar. Sonda qalib komandalara və ümumilikdə bütün iştirakçılara dəyərli hədiyyələr, eləcə də sertifikat təqdim edilib.

Qeyd edək ki, yarışdan əvvəl iştirakçılar 1-ci və 2-ci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan limançıların xatirəsinə həsr olunmuş abidə və park kompleksini ziyarət edib və Bakı Limanının terminallarının iş prinsipi ilə yerində tanış olublar. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC korporativ sosial məsuliyyət proqramı çərçivəsində mütəmadi olaraq tədbirlər təşkil edir və Bakı Limanının yerləşdiyi Qaradağ rayonu Ələt qəsəbəsinin sakinlərini hər zaman diqqət mərkəzində saxlayır.