Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

09 IYUN / 2023 / 09:16

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqında təmsil olunan bir qrup gənc Bakı Limanına səfər edib

Ümumilikdə 40 nəfərdən ibarət gəncin iştirakı ilə həyata keçirilən səfər zamanı ilk olaraq görüş keçirilib. Görüşdə Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən qısametrajlı film nümayiş olunub. Limanın fəaliyyəti barədə ətraflı məlumat verilib, gəncləri maraqlandırılan sullar cavablandırılıb. Sonra könüllü gənclər liman ərazisini gəzərək, Əsas Yük, Bərə və Ro-Ro terminalları ilə yaxından tanış olublar. Sonda isə Azərbaycan Könüllülərinin iştirakı ilə Bakı Limanı ərazisində zeytun ağacları əkilib.