Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

16 IYUN / 2023 / 09:22

Bakı Limanı Rotterdamda keçirilən, TOC2023 Avropa konfrans və sərgisində təmsil olunub

Baş əməliyyat inzibatçısı Eugene Seah-in rəhbərlik etdiyi nümayəndə heyəti qlobal logistika və ticarət şirkətləri və liman rəhbərləri ilə əməkdaşlıqları müzakirə etmək üçün məhsuldar görüşlər keçirmişdir.Eugene Seah liman infrastrukturunun inkişafında ticarət imkanları və davamlılıq haqqında təqdimatla çıxış edib. Nümayəndə heyəti, Rotterdam Limanının direktoru Rene van der Plas ilə də görüşüb.

TOC2023 Avropa sərgisi innovasiya və yenilikləri müzakirə etmək üçün 500-dən çox şirkəti, 2000 iştirakçını və sənaye liderlərini bir araya gətirdi.