Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

21 SENTYABR / 2023 / 15:44

"Qara dəniz-Xəzər logistika 2023” forumunun iştirakçıları Bakı Limanında səfər edib

“Qara dəniz-Xəzər logistika 2023: dəhlizlər, yüklər, infrastruktur” forumunun 150 iştirakçısı Bakı Limanına səfər edərək, limanın fəliyyəti ilə tanış olub. 20-21 sentyabr 2023 tarixində Bakıda keçirilən forumda logistika şirkətlərinin və yük sahiblərinin Qara dəniz və Xəzər dənizi ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərindən fəal istifadəsi və bu dinamikada yeni xidmətlərin, marşrutların və infrastrukturun inkişafı məsələləri müzakirə ediləcək.

   Səfərdə iştirak edən qonaqlar Bakı Limanının fəaliyyət istiqamətləri ilə tanış olmaqla yanaşı, limanın texniki göstəriciləri, yükaşırma potensialı və prekspektiv layihələrlə bağlı da məlumat əldə ediblər.