Xəbərlər
29 SENTYABR / 2023 / 16:22
Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutunun inkişafı üzrə işçi qrupun növbəti toplantısı keçirilib
Bu gün Qazaxıstanın liman şəhəri olan Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda bu ilin ötən səkkiz ayı ərzində əldə edilən nəticələrə baxılıb, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, nəqliyyat dəhlizinə daha böyük həcmdə yükün cəlbi üçün atılmalı olan addımlar müzakirə edilib. Bakı Limanının Baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi iclasda, Orta Dəhliz boyunca konteyner daşınmasının daha operativ formada təşkili məsələləri əsas müzakirə mövzularından biri olub.
Toplantı zamanı yeni üvlük müraciətlərinə də baxılıb və Qazaxıstanın “Eastcomtrans”, Sinqapurun “Global DTC” logistika şirkətləri TBNM-yə üzv kimi qəbul edilib.
Digər xəbərlər
Bütün xəbərlər